İyunun 24-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başlamasının 30-cu il dönümü tamam oldu. Həmin gün Ümummilli lider banisi olduğu müasir müstəqil Azərbaycan dövlətinin xilası və quruculuğu işinə rəsmən olaraq başladı. Bilirik ki, Azərbaycanda ilk demokratik respublika 1918-ci ildə Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçupaşov, Fətəli xan Xoyski və digərləri tərəfindən yaradılıb. 1920-ci ilin aprelində isə Azərbaycan Qırmızı Ordu tərəfindən işğal edildi.Bunun nəticəsində Azərbaycanda yaradılan Sosialist Respublikası 70 il ərzində davam etdi. Keçmiş Sovet ittifaqı süqut edəndən sonra isə Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Bu müasir Azərbaycan Respublikasının və yeni tipli demokratik dövlətin banisi, xilaskarı və qurucusu məhz Ümummilli lider Heydər Əliyevdir. Yeni Azərbaycan dövlətinin ideya-siyasi prinsiplərini, yeni Konstitusiyanı, idarəçilik metodlarını irəli sürən, bunu praktik olaraq həyata keçirən Ulu öndər Heydər Əliyev olub. 1992-1993-cü illərdə Azərbaycanda bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən erməni işğalı yaşanırdı. Bütün bunların qarşısının alınması isə yalnız Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində mümkün oldu. Azərbaycan bir neçə hissəyə parçalanır, dövlət müstəqilliyi əldən gedirdi. Yalnız Ümummilli lider Heydər Əliyev sayəsində Azərbaycan bu bəlalardan xilas ola bildi. Ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir:"Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm...Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm...Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm...Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir". 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi.Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. O, rəhbərlik etdiyi dövr ərzində Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxa bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul olundu. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etdi. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipal mövqeyini nümayiş etdirdi. Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək Ulu öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.Ulu Ödər rəhbərlik etdiyi dövr ərzində Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndər Heydər Əliyevin mübariz fəaliyyəti "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - sözlərini demiş Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. Ümummilli Lider bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş və öz fəaliyyətində hər zaman xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Azərbaycanı məhv olmaqdan xilas etdi. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.Neft müqavilələri imzalandı.Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.Ölkənin dayanıqlı iqtisadi inkişafı və beynəlxalq əhəmiyyətini müəyyən etmiş "Əsrin müqaviləsi" 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamış, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. Milli qürur mənbəyi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir". "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam !" - Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənlimiz üçün qürur rəmzinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması durur. Bütün ömrünü Azərbaycanın inkişafina həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var!Torpaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Və bu ölkə daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr edir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev ləyaqətlə davam etdirir.Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır. Azərbaycan - Odlar yurdudur. Heydər Əliyev Od yurdunun od oğludur!
Nazim Qədirov,
Xocalı rayon ziyalısı